Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest

14.09.2019 - 09:17

Azərbaycan yol polisi həmişə qayğıkeşliyi, insanpərvərliyi, çarəsiz vəziyyətdə olan sürücülərə, piyadalara operativ yardımı ilə seçilib. Sentyabrın 13-də Sumqayıt Dövlət Yol Polis əməkdaşlarının nümunəsində bu bir daha özünü təsdiqləyib. Reportyor.info-ya verilən xəbərə görə, günorta saatlarında Sumqayıtın Sülh prospektində 99 EC 786 nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü Əliyeva Arifə Vahid qızı hərəkətdə olarkən müəmmalı şəkildə maşını saxlayıb. Bu haqda saytımıza özü danışan A.Əliyevanın sözlərinə görə, onu görən DYP əməkdaşları dərhal yaxınlaşıblar. Onlar avtomobilin içində hərəkətsiz bir vəziyyətdə qalan xanım sürücünün halını pisləşdiyini görüblər. A.Əliyeva bildirir ki, Sumqayıt DYP-nin əməkdaşları ona dərhal ilkin tibbi yardım göstəriblər və bir qədər sonra özünü yaxşı hiss etməyə başlayıb. “Mən 99 YP 163 nömrə nişanlı xidməti maşının yol polis əməkdaşları olan Muxtar Bayramova və Qurban Fətiyevə sonsuz minnətdarlığımı bildirirəm. Onların sayəsində həyata qayıtdım və bəlkə də olmasaydılar vəziyyətim ağırlaşa bilərdi. Çünki qəfil özümü pis hiss elədim, bircə ona gücüm çatdı ki, maşını yolun ortasında kənara çəkib saxlayım. Onların ilkin tibbi yardımı nəticəsində halım yaxşılaşdı. Mən Azərbaycan polisi ilə bir daha qürur duydum. Onlar təkcə bizim təhlükəsizliyimin təminatçısı, keşikçisi deyil, həm də həyatımızı xilas edən qəhrəmanlardır. Mən çox görmüşdüm ki, magistral yolda çarəsiz qalan ahıl qadını yol polisimiz keçirib, yanan binada ölümlə üzbəüz qalan vətəndaşımızı polisimiz xilas edib, avtomobili alışan sürücünü maşının içindən çıxararaq onu həyata qaytarıb və s. ilaxır. Bu dəfə özüm şahid oldum ki, polisimiz güvən yerimizdir. Mən Sumqayıt Yol Polisinə və onların fədakar, diqqətcil əməkdaşları olan Muxtar Bayramova və Qurban Fətiyevə təşəkkür edirəm”.

REPORTYOR.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133000

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031