Şəbnəm Tapdığın təqdim etdiyi ad əmtəə nişanı kimi qeydiyyata alınıb

23.09.2019 - 12:04

sebnem tapdiq azpolitika observer azƏqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciəti ilə bağlı qərar qəbul edib.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Əməkdar artisti “İLK ŞƏBNƏM” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib:

“Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə “İLK ŞƏBNƏM” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı,sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli Qərar qəbul edilib”.

Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: “O, Təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir”.

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133427

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31