“Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

27.09.2019 - 11:05

7d61631d-5292-4835-9dde-7b36adb0bc94Bertran Krassonun müvəqqəti baş məşqçi olduğu Lüksemburq “Düdelanj”ındakı taleyinə “Qarabağ”la keçirəcəkləri UEFA Avropa Liqasının II tur matçından sonra aydınlıq gələcək.

“Report”un məlumatına görə, klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin, o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Benzuan Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

“Düdelanj” Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində Emilio Ferreranı baş məşqçi postundan istefaya göndərib. Komanda müvəqqəti olaraq, Krassona tapşırılıb. Onun rəhbərliyi altında “Düdelanj” ilk turda APOEL-i Kiprdə 4:3 hesabı ilə yenib. Lakin Lüksemburq Milli Divizionunun oyununda “Petanj”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra rəhbərlik baş məşqçi təyinatını təxirə salıb.

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133676

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31