KOOMET-in Bakı toplantısı keçirilib

03.10.2019 - 14:34

Bu günlərdə (2-4 oktyabr) Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Metrologiya Institutunun təşkilatçılığı ilə Bakı şəhərində KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növbəti iclası keçirilir.

KOOMET TK 4 Texniki Komitəsinin 2018-2019-cu ildəki fəaliyyətinə dair hesabat dinləniləcəkdir.
Tədbirdə KOOMET Prezidenti Şurasının 23-cü və KOOMET Komitəsinin 29-cu iclasının nəticələri haqqında məlumat veriləcək, eyni zamanda 2018-2020-ci illər üçün TK 4 İş Proqramının icrası və yenilənməsi prespektivləri müzakirə olunacaqdır.

KOOMET Sənədi D5.13 / 2012 “KOOMET Texniki Komitəsi” Məlumat və Təlim “(TK 4) haqqında Yenilənmiş versiyasının müzakirəsi” də həyata keçiriləcək.

8 ölkənin – Fransa, Rusiya, Almaniya, Ukrayna, Qazaxıstan, Belorus, Moldova və Azərbaycanın təmsilçiliyi ilə keçirilən hesabat xarakterli iclasda KOOMET-ə üzv ölkələrin metrologiya mütəxəssislərinin praktiki hazırlığı və ixtisasartırma təhsili sahəsində təcrübə mübadiləsi üzrə KOOMET üzv ölkələrin təqdimatları da izlənəcəkdir.

Xatırladaq ki, COOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan 2007-ci ildən COOMET-ə tam hüquqlu üzvü qəbul olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31