AMEA-da Mətbuat və informasiya idarəsi ləğv olunur

03.10.2019 - 16:50

trend_amea_mainAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi aparılır. Moderator.az-a daxil olan məlumata görə, yaxınlarda AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq və akademiyada ixtisarlar olacaq.

Məlumatda bildirilir ki, akademiyanın Mətbuat və informasiya idarəsinin ləğv olunacağını əməkdaşlara Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Görünür, AMEA rəhbərliyi də ən lazımsız qurum kimi mətbuat və informasiya idarəsini müəyyən edib. Nə deyəsən, “ciddi islahatdır” .

Short URL: http://www.cumhuriyyet.net/?p=134045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31