Milli Məclisin sabiq komissiya sədri vəfat edib

03.10.2019 - 17:44

465d95eef0b1d97Milli Məclisin Elm, təhsil və mədəniyyət komitəsinin sabiq sədri Rauf İsmayılov vəfat edib.

APA-nın xəbərinə görə, sabiq deputat dünən dünyasını dəyişib.

Bu gün Təzəpir məscidində keçirilən vida mərasimindən sonra R. İsmayılov torpağa tapşırılıb. Sabah “Təzəpir” məscidində mərhumun 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, R.İsmayılov 1990-1995-ci illərdə Milli Məclisin deputatı və Elm, təhsil və mədəniyyət komissiyasının sədri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan sabiq deputat uzun illər Azərbaycan Texniki Universitetində Xarici dillər kafedrasına rəhbərlik edib. Professor R.İsmayılov müstəqil Azərbaycanın Ali Attestasiya Komissiyasının ilk sədri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134051

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31