“Qarabağ”ın iki futbolçusu “Top-100”-ə daxil olub

04.10.2019 - 14:39

3b6281b9012cea0db8332828bd1c3c33Avropa Liqasında çıxış edən futbolçuların reytinq cədvəli açıqlanıb.

APA-nın məlumatına görə, II turun dünən keçirilən oyunları “Fedeks” şirkətinin indekslərinə əsasən tərtib olunan cədvəldə ciddi dəyişikliklərlə nəticələnib.

Bu, Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən ölkə çempionu “Qarabağ”ın futbolçuları siyahıda böyük irəliləyişə nail olublar.

Ağdam klubunun ən yaxşısı olan Dani Kintana 3316 xalla 23-cü pillədə qərarlaşıb. İspaniyalı yarımmüdafiəçinin izləyiciləri arasında 24-cü olan Pyer-Emerik Obameyanq, 26-cı yerdəki Bakayo Saka, 28-ci pillədəki Çiro İmmobile kimi ulduzlar da var.

O, “Qarabağ”ın “Top-100”dəki yeganə təmsilçisi deyil. 2439 xala malik Abdullah Zubir 69-cu sırada yer alıb. “Qarabağ”ın 3-cüsü olan Miçel 2031 xalla Avropa Liqasında 118-cidir.

İlk turun “Sevilya” ilə matçından sonra “Qarabağ”ın ən yaxşısı 466-cı yerdə olan İsmayıl İbrahimli idi.

Azərbaycan futbolçuları arasında ən yaxşı nəticə “Qarabağ”ın milliləşən legioneri Riçard Almeydaya məxsusdur. O, 1577 xalla 219-cudur. Qara Qarayev 718 xalla 486-cı, Mahir Emreli 684 xalla 499-cudur.

Qeyd edək ki, siyahıda ilk pilləni 5237 xalı olan Donyel Malen (PSV) tutur. Bruno Fernandes (Sportinq) 4593 xalla 2-ci, Sergey Milinkoviç-Saviç (Latsio) 4452 xalla 3-cüdür.

Short URL: http://www.cumhuriyyet.net/?p=134104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31