Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri özünə müşavir təyin edib

04.10.2019 - 17:36

455d97424d7be00 (1)Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə müşavir təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nəsimi Cəfərov nazirin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Cəfərov​ 1977-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib. Bakı Biznes Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

N.Cəfərov 1995-2017-ci illərdə vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Vergi orqanlarında xidmətdə olduğu müddətdə ​baş vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 2015-ci ildə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

N.Cəfərov 2018-2019-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində idarə rəisinin müavini vəzifəsində çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31