Sabah Milli Məclisin plenar iclası keçiriləcək
Milli Məclisin payız sessiyasının növbəti iclasının vaxtı müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, sabah – oktyabrın 8-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.
İclasın gündəliyi yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, iclas əvvəldən oktyabrın 18-nə təyin olunsa da, vaxt dəyişdirilərək, oktyabrın 8-nə keçirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=134190