“Hər şey artıq deyilib…” – Novruz Məmmədov danışdı

08.10.2019 - 17:41

415d9c7db81d917“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Bunu Modern.az-a qısa açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, əlavə nəsə danışması doğru deyil: “Bu gün Milli Məclisdə Baş Nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib. (Modern.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134266

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930