Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək

08.10.2019 - 17:44

eu_azerbaijan_flags_030719Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək.

Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, ali təhsil ocaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, media təmsilçiləri iştirak edəcək.

Sözügedən məsləhətləşmələr Aİ-nin üzv və tərəfdaş ölkələri arasında bu ilin mayında “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli konfransında başlamış qeyr-rəsmi fikir mübadilələrinin bir hissəsidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134269

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31