“Heç vaxt başqa klubdan rəsmi təklif almamışam” – Messi

09.10.2019 - 11:50

messi-yeni-qelebe-sevinciLionel Messi 2013-2014-cü illərdə kapitanı olduğu İspaniyanın “Barselona” komandasını tərk etmək istəyib.

“Report” xəbər verir ki, argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard İspaniyanın vergi orqanları ilə problem yaşadığı üçün belə bir addım atmaq barədə düşündüyünü vurğulayıb: “Vergi ilə bağlı problem yaşayanda getmək barədə düşünürdüm. Amma “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyimdən irəli gəlirdi. Heç vaxt başqa klubdan rəsmi təklif almamışam. Çünki hər burada qalmaq istədiyimi bilir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31