Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir

09.10.2019 - 13:39

575d9da42fe3dfbAzərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”.

Qeyd edək ki, Rusiya dövlət nüvə enerjisi üzrə ROSATOM-un baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31