ABŞ bəzi şirkətlərə “Huawei” ilə əməkdaşlıq etməyə icazə verə bilər

10.10.2019 - 10:29

690a4ba0-fca2-4bf6-bf6c-ef47376a6117ABŞ tezliklə bir sıra şirkətlərinə Çin kəşfiyyatı və hərbi qüvvələrilə əlaqələrdə ittiham olunaraq may ayından bəri “qara siyahı”da olan Çinin “Huawei” şirkəti ilə əməkdaşlıq etməyə icazə verə bilər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

“Keçən həftə keçirilən görüşdə prezident Tramp bir neçə ABŞ şirkətinə öz administrasiyasının bu ilin may ayında “Huawei”ə qarşı tətbiq etdiyi qadağadan yayınmağa imkan verəcək lisenziyaların təsdiqlənməsinə başlanmasına “yaşıl işıq” yandırıb”, – qəzet yazıb.

Nəşrin məlumatına görə, söhbət “həssas olmayan mallar”ın, yəni ikili istifadə texnologiyaları və materialları kimi təyin olunmayan və ABŞ-ın milli təhlükəsizliyinə zərər vura bilməyən məhsulların tədarükünə icazə verməkdən gedir.

Qeyd edək ki, ABŞ administrasiyası “Huawei”i Çin hərb qurumları və kəşfiyyatı ilə əməkdaşlıqda və müştərilərin mümkün izlənilməsində ittiham edir. Şirkət isə iddiaların əsassız, siyasi motivli olduğunu və bazar rəqabəti prinsiplərini pozduğunu iddia edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31