Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib

10.10.2019 - 16:05

16ecb64b-4e05-46a3-b58a-c4f8dd589cc9“Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat marafonunda jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ukraynanın erməni etnik qrupunun təmsilçisi olan daxili işlər naziri Arsen Avakovun ilin sonunadək sınaq müddətində olduğunu vurğulayıb: “Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var. Düzünü desək, sınaq müddətindədir. Biz daxili işlər naziri vəzifəsində yeni adam görmək istəyirik. Bildiyim qədər Milli Polisə yeni sima başçılıq edir”.

Prezident qeyd edib ki, yeni çoxlu adam var: “Ona görə də sınaq müddəti tətbiq edirik. Mən bütün nazirlərə və hüquq-mühafizə orqanlarına açıq-aşkar demişəm ki, ilin sonunadək real iş gətirin. Əks təqdirdə, hamısını işdən azad edəcəyəm”

Qeyd edək ki, Arsen Avakov 2014-cü ildən bu postdadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134387

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31