Ermənistanda da yol polisi ləğv edilir

12.10.2019 - 15:09

imagesErmənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinə polisdə köklü islahatlar aparılması üçün qısa müddətdə lazım olan tədbirlərin görülməsini tapşırıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatı artıq hökumətin bu məsələ ilə bağlı Avropa İttifaqına müraciət etdiyini yazır.

İslahatlara maddi-texniki bazaya aid məsələlərlə yanaşı, ciddi struktur dəyişiklikləri də daxildir. Belə ki, hökumət Dövlət Yol Polisini ləğv edərək, onu Post Patrul Xidmətilə birləşdirmək qərarına gəlib.

Xatırladaq ki, qonşu Gürcüstanda da yol polisi çoxdan ləğv edilib.

Həmçinin, Cinayət Axtarış İdarəsi ilə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarələrinin də ləğv olunaraq, bir qurumda birləşdirilməsi nəzərdə tutulub. Məlumatda deyilir ki, bu idarələrin maraqları tez-tez toqquşduğundan, son zamanlar aralarında ciddi konfliktlər baş verir.

Lakin DİN-də islahatla bağlı maliyyə çətinlikləri üzə çıxıb. Məsələ ondadır ki, daxili işlər orqanlarında köklü dəyişikliklər və islahatlar aparmaq üçün 50 milyon dollara yaxın vəsait lazımdır. Bu pul isə büdcədə yoxdur. Ermənistan hökumətinin Avropa İttifaqına müraciət edərək dilənməsi də elə həmin vəsaitlə bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31