Azərbaycan vətəndaşları qeydiyyatsız Qazaxıstanda qala biləcəklər

14.10.2019 - 10:59

52ae5d54-8265-475e-bf89-b9c8a38f35e3Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.

“Report” xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.

Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=134508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31