“Gül bayramı” və şəhid ailələrinin haqqı

08.05.2019 - 07:25

Neftin ucuzlaşması ilə ölkədə ciddi iqtisadi böhran yaranmasına baxmayaraq Azərbaycan hakimiyyəti bu il də “Gül bayramı”nı keçirmək niyyətindədir. Mərhum dövlət başçısı Heydər Əliyevin doğum gününün şərəfinə mayın 10-da Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev parkında keçiriləcək “Gül bayramı”na artıq hazırlıqlar başlayıb.
“Gül bayramı” Bakı Şəhər Icra Hakimiyyətinin təşkilatçılığı ilə 2004-cü ildən qeyd edilir. Hər il bu bayrama milyonlarla vəsait sərf olunur. Təkcə ötən il “Gül bayramın”a 30 milyon manat xərcləndiyi bildirilir. Iqtisadçıların hesablamalarına görə 10 il ərzində bu bayrama azı 200 milyona manat pul xərclənib. Bu il də milyonlarla manatın havaya sovrulacağı şübhəsizdir. “Gül bayramı”na milyonlarla manat xərclənməsi həm də ölkə başçısı Ilham Əliyevin israfçılıqla bağlı fikirlərində səmimi olmadığını göstərir. Ölkə başçısı israfçılığa yol verilməsinin qəbuledilməz olduğunu deyir, amma ölkə üçün heç bir faydası olmayan bir tədbirə milyonlarla manat pul xərclənir. Bəs bu israfçılıq deyilmi? “Gül bayramı”na xərclənən vəsaitlər hesabına bəzi problemləri həll etmək olmazmı? Elə məsələn, şəhidlərə verilməli olan qan pulu verilə bilməzmi? 1994-cü ildən bu yana 13 min 500 şəhid ailəsi sığorta pulunu ala bilmir. Şəhid ailələri dəfələrlə bunun bağlı Milli Məclisin və digər aidiyyəti qurumların qarşısında aksiyalar keçiriblər, ölkə başçısına, Milli Məclisin sədrin müraciətlər ünvanlayıblar. Lakin heç bir nəticəsi olmayıb.
Hər bir şəhid ailəsinə 11 min manat sığorta pulu ödənilməlidir. Nədənsə “Gül bayramı”na milyonlarla pul xərcləyən, hətta iqtisadi böhranın hökm sürdüyü bir vaxtda da bu niyyətindən əl çəkməyən hökumət şəhid ailələrinin haqqını ödəməyə pul “tapmır”…
Hər il bu qondarma bayrama 10 milyonlarla manat pul xərclənirdi. Gəlin, hamılıqla tələb edək ki, həmin pullar şəhid ailələrinə və yaralılara verilsin. Şəhid cənazələrinin bir qayda olaraq kasıb evlərindən çıxdığı heç kimə sirr deyil. O ailələrin ev şəraiti hamımızın ürəyini ağrıdır. Əlbəttə, heç bir maddi nemət oğul itirmiş bu ailələrin yarasını sağalda bilməz, amma millət kimi bizə təsəlli olar ki, şəhid ailələrinə, qazilərimizə diqqət etdik. 93 şəhid ailəsinin hərəsinə bir mənzil, qazi olmuş oğullarımızın hərəsinə (aldığı xəsarətdən asılı olaraq) 10-30 min manat birdəfəlik yardım etmək dövlət üçün çətin deyil. 5-7 milyon manat xərc tələb olunacaq ki, bu da Gül bayramı xərcindən xeyli azdır.

Elxan Məmmədli

Short URL: http://www.cumhuriyyet.net/?p=134636

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31