Böhranla üzləşən banklara dəstək veriləcək

16.10.2019 - 18:36

Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev bu gün imzaladığı “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda əksini tapıb.
Maliyyə Nazirliyinin vəzifələri sırasına nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək, dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək, ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək daxil edilib.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək də Maliyyə Nazirliyinin vəzifələri sırasına əlavə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31