Azərbaycanın elektrik enerjisi bazarına yeni şirkətlər daxil olacaq

17.10.2019 - 16:13

665da84e9a81321Elektrik enerjisinin liberallaşdırılması çərçivəsində Azərbaycanda hədəf modelinə əsasən enerjinin istehsalı və nəqli sahəsində dörd şirkət fəaliyyət göstərəcək.

Bunu “APA-Economics”ə Azərbaycanın elektrik enerjisi bazarında yaxın olan mənbə deyib.

Belə ki, onun sözlərinə görə, enerji istehsalı sahəsində iki dövlət və iki müstəqil şirkət fəaliyyət göstərəcək, eyni sxem elektrik enerjisinin nəqlində də yer alacaq.

Liberallaşmanın birinci mərhələsində (01.01.2020-01.01.2022 tarixlərdə) elektrik enerjisinin istehsalı prosesinə 3 şirkət daxil olacaq, onlarda ikisi dövlət, biri isə müstəqil olacaq. Bu mərhələ elektrik enerjisinin nəqlini yalnız bir dövlət şirkəti həyata keçirəcək, deyə mənbə izah edib.

İkinci mərhələdə (01.01.2022-01.01.2025 tarixlərdə) elektrik enerjisinin nəqli sahəsində də iki dövlət və bir müstəqil qurum bazara daxil olacaq.

Bazarın liberallaşdırılması modelinə əsasən, elektrik enerjisinin transmissiyası, göndərilməsi və paylanması dövlət tərəfindən aparılacaq, mənbə əlavə edib.

Qeyd edək ki, hazırda ölkədə ölkənin əsas elektrik enerjisi istehsalçısı “Azərenerji” ASC-dir. Qurum həm də elektrik enerjisinin transmissiyasını və göndərilməsini təmin edir. Enerjinin nəqli və bölüşdürülməsini isə “Azərişıq” ASC həyata keçirir.

Xatırladaq ki, Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7 146 MVt-dır, bunun da 5 870,9 MVt-ı (82,15%-i) istilik stansiyalarının payına düşür. Qalan 1 109,5 MVt (15,5%) iri su, 66 MVt (0,92%) külək, 24,96 MVt (0,36%) kiçik su, 39 MVt (0,54%) biokütlə bazasında çalışan və 37,165 MVt (0,53%) günəş elektrik stansiyalarının payına düşür.

Gələn il ölkədə elektrik stansiyaların stansiyalarının qoyuluş gücünü 7 352 MVt-a çatdırmaq planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31