Azərbaycanda rəsmi işsizlərin sayı son bir ildə 2 dəfə artıb

18.10.2019 - 11:50

455da96154009c9Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 195,3 min nəfər olub ki, onlardan 4 943,6 min nəfəri məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsi məlumat verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm iqtisadi fəal, həm də məşğul əhalinin sayı 1,1% artıb.

Oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olmuş, onların 35,4%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.

“APA-Economics”in apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik şəxslərin sayı 2,1 dəfə, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 86 manat və ya 40,8% artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134860

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31