“İqtidardakı bəzi şəxslər hakimiyyətə qarşı narazılıq yaratmaq istəyirlər” – Həkim-cərrahdan Prezidentə müraciət

18.10.2019 - 13:46

qafar-300x300Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Prezident İlham Əliyevin son iqtisadi müşavirədə verdiyi açıqlamalardan sonra yenidən dövlət başçısına müraciət edib. 

Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Hüquqlarının bərpası, haqqının təmin olunması üçün məhkəmələrə müraciəti isə nəticəsiz qalıb.  Bu haqda onun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  Açıq məktub və müraciətieləcə də, ayrı-atrı dövlət orqanlarına, parlament rəhbərliyinə olan şikayətləri  “AzPolitika.info” saytında dərc edilib.

Ancaq problem həll olunmamış qalır. Buna görə də, yenidən ölkə başçısına müraciət edən Qafar İskəndərov Prezidentin son müşavirədəki çıxışının ölkədəki real mənzərəni tam əks etdirdiyini vurğulayıb. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən müraciətdə Qafar İskəndərov bildirib: “Möhtərəm Prezidentimizin müşavirədəki çıxışı zamanı söylədikləri ilə tam razıyam. Üç ildən artıqdır demək olar ki, mən Azərbaycan Respublikasının hüqüq-mühafizə (polis, prokurorluq, məhkəmə sistemində) və icra orqanlarına öz problemlərimlə (artıq bu mənim yox, bütün Azərbaycanın problemlərindən birinə çevrilmiş və ölkə hüdüdlarını aşmışdır) bağlı müraciət etmişəm. Ancaq yuxarıda adlarını cəkdiyim orqanlar  Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmanların əksinə hərəkət etməklə, onun apardığı siyasətə və nəticədə dövlətimizin imicinə kölgə salmaqla məşğuldurlar. İndi bunların hansının adını cəkim? Bir deyil, iki deyil, üç-beş deyil axı. Ən azı 15-20 məmurun adını çəkə bilərəm.

Möhtərəm Prezident!

Siz bu çıxışınizla bir çox vətəndaşların fikrini, o cümlədən mənim düşüncələrimi ifadə etdiniz. Bu fikirləri mən Sizlərə çoxdan yazmaq istəyirdim. Lakin hər kəs mənə “dayan, yoxsa səni həbs edər və ya öldürərlər” deyirdi. Mən isə nə həbsdən, nə də ölumdən qorxan deyiləm. Çünki itirəcək bir şeyim yoxdur, yaşadığım bu ömrü isə şərəflə yaşamışam. İndiyə qədər nə şöbə müdirinə, nə baş həkimə, nə də Səhiyyə Nazirinə baş əyən yaltaq biri olmamışam. Səhiyyə Nazirinin kadr siyasətini bəyənmədiyim üçün öz xahişimlə işdən çıxmışam, peşman da deyiləm. Sadəcə, mən öz yerimi bilən, əvvəla özümə, sonra isə qarşıdakına hörmət edən biriyəm. Mən belə hesab edirəm ki, ən asas üç şəxsi təhqir etmək yolverilməzdir, qətiyyən olmaz:
1. Uca ALLAH.
2. Ölkə Prezidenti və onun ailəsi.
3. Ailənin başçısı Ata ( Ana). Çünki ailə də bir kiçik dövlətdir. Ata da ailənin Prezidentidir.

Uca Allahdan başqa müəyyən hədd çərçivəsində digərlərini əlbəttə, müəyyən çərçivəni qorumaqla tənqid etmək olar.

Möhtərəm Prezident!
Əminliklə deyə bilərəm ki, hazırda iqtidarda olan bəzi şəxslər  Sizlərin fəaliyyətinə zərər vermək, vətəndaşlarda hakimiyyətə qarşı narazılıq yaratmaq niyyətindədirlər. Bu şəxlər polis orqanlarında, daha cox isə prokurorluq orqanları, məhkəmə sistemində və icra strukturlarında oturublar. Çünki onlar tutduqları vəzifələrə layiq deyillər. Bəziləri Məkkəyə müqəddəs torpaqlara getməklə, utanmadan “Hacı“ adı almaqla öz çirkin əməllərini, günahlarını gizlədiklərini güman edirlər. ALLAH böyükdür və hər şeyi görür. Onu da deyim ki, hər birimizin az və ya çox dərəcədə günahı vardır. Lakin günahların bəziləri bağışlanılan, bəziləri isə bağışlanılmazdır, bunu isə Uca ALLAHımız bilir .

Möhtərəm Prezident!

Hüqüq-mühafizə orqanlarının rəhbərlərinə çatdırmaq istəyirəm ki, sabah mənim üzərimə yürüş etməsinlər ki, yazdıqlarını gəl sübut et. Əlbəttə, bunu sübüt etmək mənim yox, orqanların işıdir. Mən üç ildir ki, qanuni sənədlərim əlimdə olmasına baxmayaraq, evimin mənə məxsus olduğunu polis, prokurorluq orqanlarına və məhkəmələrə sübüt edə bilmirəm (əslində sübüt edirəm, lakin qulaqlarını tıxayıb qulaq asmırlar). İndi bu yazdıqlarımı necə sübut edim? Sübüt etmək çox asandır. Hazirda mən müəyyən etmişəm ki, evim söküldükdən bir gün sonra 59 sayli MİS-in verdiyi saxta 2 sayli forma (arayış) ilə 13 sayli notariusda müqavilə imzalanmışdır. Dövlət notariusu isə mənə bunun mülki iş olduğunu söyləyir. Bu isə dələduzluq, vəzifə səlahiyyətlərini aşma, Azərbaycan Respublikasının Konstitusiyasını heçə saymaq deyilmi?

Nəsimi Prokurorluğu isə hələ ki, fikirləşir. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 40 saylı Dövlət notariusunun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxunub. Bu 374 min manat dövlət notariusunda haradandır, heç bunu soruşan olubmu? Dövlət notariusunun əmək haqqı təxminən olsun 1500-2000 manat, bəs onda 374 min manat haradandır? Mənim isə aylıq əmək haqqım 9 min 100 dollar, yəni 15 min 470 manatdır. Mənim evimdə 50 min dollar (85 min manat) ola bilməzmi? Buna isə polis, prokurorluq, və məhkəmələr şübhə ilə yanaşıblar.

Möhtərəm Prezident!

Xahiş edirəm, Sizin adınızdan sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görülməsi barədə göstəriş verəsiniz.  Siz Ulu öndər Heydər Əliyevin oğlusunuz,  millətlə ünsiyyətdə olaraq bütün problemləri qısa müddətdə həll etməyə qadir bir şəxssiniz. Dövlətimizi ilk növbədə iqtidarda olub hakimiyyətə qarşı narazılıq yaradanlardan qorumaq lazımdır. ALLAH Sizlərin və bizlərin yardımçısı olsun. AMİN İNŞALLAH!

Hörmət və sayğılarla
Tibb elmləri üzrə fəlsəfə doktoru
Rusiya proktoloqlar cəmiyyətinin üzvü,
Çexiya həkimlər birliyinin üzvü,
Avropa endoskopik cərrahlar birliyinin üzvi,
Ali dərəcəli cərrah: Qafar Bədəlxan oglu İskəndərov.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930