Kataloniyada yeni etiraz aksiyaları keçirilib

19.10.2019 - 16:24

6a044c14-1570-4347-8609-fd45246be7f6Ötən gün Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət alıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunların 152 nəfəri Barselonanın payına düşür.

Ötən gün ümumi tətil elan edildiyi Kataloniyanın müxtəlif şəhərlərində, xüsusilə də paytaxt Barselonada kütləvi mitinqlər keçirilib. Barselona şəhər polis idarəsi qarşısındakı etiraz aksiyası zamanı nümayiçşçilərlə polis arasında qarşıdurma baş verib. Nümayişçilərə qarşı bibər qazı tətbiq edən polis hadisələr başlayandan ilk dəfə olaraq su şırnaqlarından da istifadə edib.

İlkin məlumata görə, ötən gün azı 52 nəfər saxlanılıb.

Xatırladaq ki, İspaniya Ali Məhkəməsi 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendum keçirilməsinə görə muxtariyyatın keçmiş 9 rəsmi şəxs barəsində 9-13 il həbs cəzası barədə hökm verdiyindən sonra oktyabrın 14-dən regionda silsilə etiraz aksiyaları keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31