Əhməd Əhmədzadə də gedənlərə qoşulur – İstefa ərizəsi yazdığı bildirilir

25.10.2019 - 10:10

Без-названия-3_opt-5Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb.

“AzPolitika.info”-ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur. Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir. Onu da xatırladaq ki, Ə.Əhmədzadənin Zaqatala rayonunun icra başçısı vəzifəsini daşıyan qardaşı Mübariz Əhmədzadənin də 72 yaşı var…

Qeyd edək ki, 3 gün əvvəl ölkə başçısı pensiya yaşına çatmış və yaşı 70-i keçən məmurlara çağırış edərək, onların könüllü şəkildə istefa verməli olduqlarını bildirmişdi. Görünür, Ə.Əhmədzadə də Prezidentin bu çağırışına qoşulanların sırasına daxil olmaq qərarına gəlib.

AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=135270

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728