Uels yığması Azərbaycan millisi ilə oyun ərəfəsində ciddi itki ilə üzləşib

28.10.2019 - 10:19

19e53268-efc5-4a7e-a2c7-f8ed6d5c1054Uels yığmasının futbolçusu Co Rodon Azərbaycan və Macarıstan milli komandalarına qarşı AVRO-2020-nin seçmə oyunlarında iştirak edə bilməyəcək.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, səbəb 22 yaşlı mərkəz müdafiəçisinin “Suonsi”nin heyətində “Brentford”a 0:3 hesabı ilə uduzduqları İngiltərə Çempionşipinin XIII tur matçında xəsarət almasıdır. Bu barədə komandanın baş məşqçisi Stiv Kuper açıqlama verib. Onun sözlərinə görə, topuq nayihəsindən zədə alan Rodon gələn həftə əməliyyat olunacaq. Gənc oyunçu ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq: “Rondon xəbəri eşidəndə, az qala ağlayacaqdı. Onun evə gedəcəyini düşündüm. Amma “Kardiff Siti”ni 1:0 hesabı ilə məğlub etdiyimiz matçda sona qədər komandanın yanında qaldı”.

Qeyd edək ki, Uels yığması noyabrın 16-da Azərbaycan millisi ilə səfərdə, Macarıstan kollektivi ilə isə 3 gün sonra evdə qarşılaşacaq. Əsas heyət üzvü olduğundan, Co Rodonun yoxluğu Rayan Giqqzin rəhbərlik etdiyi komanda üçün ciddi itki sayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=135353

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728