Xalqların ayaqda olması, öz haqqın heç bir hökumətə güzəştə getmək istəməməsi sonda azadlığı, demokratiyanı, ədaləti təmin edib

09.04.2019 - 21:59

Normal insan ölkəsində təlatümlərin olmasını, inqilabların baş verməsini, etirazların tüğyan etməsini istəməz. Normal vətəndaş ölkəsində sabitlik, əminamanlıq, xalq-hakimiyyət birliyi arzusunda olar. Elə bir ölkə arzulayar ki, mitinq keçirməyə, aksiyaya çıxmağa ehtiyac olmasın.
Amma bir reallıq da var ki, anormal idarəçilikdə yuxarıdakı arzular normal deyil. Yəni, hüquqsuzluğun, saxtakarlığın, korrupsiyanın, repressiyanın tüğyan etdiyi ölkədə “mitinq istəmirəm”, “bizə inqilab lazım deyil”, “hökumətə güc göstərmək olmaz” kimi yanaşmalar zərərlidir. Çünki belə yanaşma neqativlərə adaptasiyanı zəruri edir, cəmiyyəti qürursuzlaşdırır, köləliyi legitimləşdirir və.s
Azərbaycanda 26 ildir ki, avtoritarizmin imarəti ucalıb və uzun illərdi cəmiyyət bu “imarət”ə tamaşa edir. Amma yeni texnologiyaların meydana çıxması, informasiya blokadasının yarılması, inkişaf nağıllarının inandırıcılığını itirməsi, hökumətin anti-milli mahiyyətinin daha şəffaf görünməsi ənənəvi vəziyyəti dəyişib. İndi Azərbaycan xalqı dəyişiklik istəyir, layiq olduğu kimi yaşamadığını başa düşür və onu idarə edənlərə nifrət edir. Məhz bunun göstəricisidir ki, dünyanın müxtəlif ölkələrindəki demokratik dəyişikliklər ölkəmizdə acgözlüklə izlənilir, əsas müzakirə mövzusuna çevrilir. Şəffaf seçki keçirilən, diktatoru devirən ölkələrə, müəyyən tələblərlə meydanlara axışan xalqlara həsədlə baxırıq. Hətta bütün parametrlər üzrə bizdən zəif olan, bütün parametrlər üzrə daha potensıallı olduğumuz qonşu ölkələrə də qibtə edirik. Başa düşürük ki, ən böyük sərvət neft-qaz deyil, azadlıqdı, insan haqlarıdı, qanunun aliliyidi, milli hökumətdi və.s
Bəli, 25 illik avtoritarizmin qəfəsində çırpınan xalqın inqilablara tamahı düşüb. Hamı inqilabı dadmaq istəyir. Amma görünən budur ki, bu məsələdə nəfsimiz bizə qalib gələ bilmir. Başqa məsələlərdə asanlıqla məğlub olduğumuz nəfsə, bu məsələdə qalib gəlirik. Yəni, dəyişiklik arzumuz, azadlıq əldə etmək istəyimiz o qədər olmalıdır ki, bu “tamah”ımız nəfsimizə məğlub olsun. Məhz bu məsələdə nəfsə məğlub olmaq olar. Çünki bu məğlubiyyət qalibiyyətin açarı olacaq.
Hökumətin gecə-gündüz mitinqləri gözdən salmağa çalışması, müxalifətə çamur atması, xalq etirazlarının ölkəni təlatümə apardığını tirajlamsı təsadüfu deyil. AzTv-lərin tez-tez Suriyadan, İraqdan və digər ölkələrdən qanlı-qadalı görüntülər verməsi də məqsədyönlüdür. Xalqa şüuraltı mesaj verirlər ki, yalançı sabitliyə şükr etmək, köləliyə boyun əymək lazımdır.
Amma unutmamalıyıq ki, bugün mühacirət etməyə can atdığımız, təhsil almaq, müalicə olunmaq, istirahət üçün getməyi arzuladığımız Avropa da ağır aınaqlardan keçib. Xalqların ayaqda olması, öz haqqın heç bir hökumətə güzəştə getmək istəməməsi sonda azadlığı, demokratiyanı, ədaləti təmin edib.
Ona görə də azadlıqdan, ədalətdən dadmaq istəyimizdən əsla imtina etməməliyik. Başqa xalqların zülmə “yox” deməsinə, dövlətinə sahib çıxmaq əzminə tamahımz düşməlidir. Bu məsələdə nəfsimiz bizi irəliyə aparmalıdır. Nəfsimiz qorxumuzu darmadağın etməlidir. “Biz məğlubediıməz xalqıq”, “biz də bacaracağıq” deyib, ayaq səslərimizi hamıya eşitdirməliyik….

Elxan Məmmədli

Short URL: http://www.cumhuriyyet.net/?p=135384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728