MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb

29.10.2019 - 10:27

658bd26f-9373-40fe-9668-74e7fc691980Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.

İclasda “Beynəlxalq Ordu Oyunları-2019″un yekunları müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=135437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728