Sergey Şoyqu Zakir Həsənovu bayram tədbirlərinə dəvət edib

30.10.2019 - 14:02

30cb9234-af51-4f32-a317-019e24b074a1Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bu tarixin yenidən yazılması üçün edilən istənilən cəhdlərə, xüsusən də qalibləri məğlub, məğlubları isə qalib kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə aparmaq üçün hər şey edilməlidir”, – S.Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib.

“Bütün həmkarlarımızı Birlik ölkələrinin hərbi kontingentlərinin Qırmızı Meydanda Qələbə Paradında iştirak etməsi üçün Moskvaya dəvət etdik”, – S.Şoyqu deyib.

O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728