“Bələdiyyə seçkiləri üzrə 2896 nəfərin namizədliyi qeydə alınıb” – Məzahir Pənahov

31.10.2019 - 17:45

mezahir-penahov“Bu günə qədər bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərdən 2896 nəfərin namizədliyi təsdiq olunub”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyədək bələdiyyə seçkilərində iştirak etmək üçün ümumilikdə 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı MSK-ya müraciət edib.

“Hazırda MSK digər namizədlərin müraciətlərinə baxır”, deyə Məzahir Pənahov bildirib.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Bununla bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalarım sayı 10-a çatıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135618

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930