20 sotluq qəsr, “əfqan ordusu”, dollar qazandıran “mərmər zindan”

31.10.2019 - 07:17

Yaxud Kərəm Həsənov bizi MDB məkanında liderliyə necə yüksəldib?

Prezident İlham Əliyevin hər zaman məmurları sadəlik və təvazökarlığa, hər cür dəbdəbədən uzaq durmağa səslədiyi, öz sadə və işgüzar həyat tərzi ilə onlara nümunə olduğu hər kəsə bəllidir. Lakin təəssüflər olsun ki, ölkə başçısının bütün xəbərdarlıq və tövsiyyələrinə baxmayaraq, bəzi məmurlar lüks həyat tərzindən, imperatorlara məxsus sərvət və ehtişamdan əl çəkə bilmir, xalqın hesabına topladıqları sərvətlə xalqa göz dağı vermək, sahib olduqları imarətlər, bahalı avtomobillərlə sanki əlahiddə, xüsusi imtiyaz sahibi olduqlarını hər addımda sıradan insanlara xatırlatmağa çalışmaqdadırlar.

Öz dəbdəbəli həyatı və sahib olduğu saysız-hesabsız sərvətləri ilə daim ictimaiyyətin maraq mərkəzində olan  məmurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.

Komitə sədri MDB məkanında liderdir…

Bu günlərdə redaksiyamıza Kərəm Həsənovla bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, bir müddət bundan öncə Bakının Bilgəh qəsəbəsində 2 hektarlıq bağ massivində nəhəng villa kompleksinin inşasına başlayan komitə sədri, bu günlərdə tikinti prosesini yekunlaşdırıb. Kərəm Həsənovun inşasına milyonlar sərf etdiyi ev o dərəcədə böyük alınıb ki, evin nəhayətsiz ölçüdə böyüklüyü sabiq komitə sədrinin özünü də hürküdüb. Yalnız ev tikilib başa çatandan sonra komitə sədrinə bəlli olub ki, bu cür nəhəng evdə dolaşmaq onun üçün çətin olacaq. Çünki evin sahəsi 20 sotluq ərazini əhatə edir ki, bu da nəinki Azərbaycan, bəlkə də MDB məkanı üçün rekord göstəricidir.

Mənbə iddia edir ki, komitə sədrinin özünün belə evin nəhəngliyinə heyrətləndiyini görən bəzi dostları, zarafatla ona evin içində maşın və ya velosiped yolu salmağı təklif edib. Onlar komitə sədrinə bildiriblər ki, belə nəhəhg evdə yalnız avtomobil və ya velosiped vasitəsi ilə dolaşmaq olar.

Vaxtaşırı yüz min dollarla vəsaitin dəfn edildiyi “mərmər qəbiristanlığı”….

Kərəm Həsənovla bağlı digər ilginc bir məlumat isə komitə sədrinin Bakının Montin ərazisindəki nəhəng villası ilə bağlıdır. Mənbənin məlumatına görə, düz beş ildir ki, həmin villa və onun həyətində fasiləsiz olaraq mərmər işləri görülsə də, iş bu gün də məlum proses yekunlaşmış deyil. Buna səbəb komitə sədrinin istək və zövqünü tez-tez dəyişməsidir. Belə ki, villa və həyətdə görülən hər bir mərmər işi başa çatandan sonra həmin işə baxış keçirən komitə sədri, çox zaman yekun nəticədən narazılığını ifadə edir, başa çatan proyektin ləğv edilərək onun yerində yeni layihənin startına qərar verir. Nəticədə dəyəri yüz min dollarla hesablana mərmər proyektlər sökülür və onların yerində yeni mərmərlərlə yeni layihə gerçəkləşdirilir.

Komitə sədri həyətində əfqanlardan ibarət “ordunu”  nə üçün saxlayır?

Bilgili mənbənin sözlərinə görə, komitə sədrinin Montindəki villasında əksəriyyəti əfqanlardan ibarət “ordu” mövcuddur. Çoxsaylı əfqanların villadakı inşaat prosesinə cəlb edilməsinə səbəb isə əsas mərmər işlərinin məhz əfqan əsilli sənətkarlar tərəfindən həyata keçirilməsi ilə bağlıdır. Komitə sədri hesab edir ki, əfqan mütəxəssisləri mərmər materiallarla daha mükəmməl işlədiyi üçün, inşaat prosesinə əfqanlardan ibarət mütəxəssislərin cəlb edilməsi daha effekriv  nəticə verə bilər. Bu səbəbdən də əfqan ustalara daha çox üstünlük verən Kərəm Həsənov illər uzunudur ki, onların xidmətin faydalanmaqdadır.

Dollar qazandıran “mərmər zindan”

Mənbənin sözlərinə görə, bir neçə ildir ki, Kərəm Həsənova məxsus villanın nəhəng həyətində mərmər işi görən əfqanlar, bu illər ərzində xeyli miqdarda mərmər tozu udsalar da, onlar bu “mərmər zindanda” çalışmaqdan məmnunluq duymaqdadırlar. Buna səbəb sözügedən “zindanın” onlara mərmər tozu ilə yanaşı, həm də zəhmət haqqı kimi böyük miqdarda dollar qazandırmasıdır.

Bilgili qaynağın sözlərinə görə, bütövlükdə öz ətrafı arasında o qədər də səxavətli biri kimi tanınmayan komitə sədri, villasında çalışan əfqan ustalarını səxavətlə mükafatlandırmaqdadır. Görünür komitə sədri hesab edir ki, villasında “mərmər cənnəti” görmək üçün bu cənnətin memarlarını hər zaman məmnun etmək şərtdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135622

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728