Analoqu olmayan inkişafın bəhrəsi!!!

09.07.2018 - 13:37

Azərbaycan dövlət başçısının Ağsu rayonuna etdiyi səfərlə bizə aydın oldu ki, uzun illərdir bizə təqdim edilən analoqu olmayan inkişaf sadəcə nağıldan başqa bir şey deyilmiş.Bu səfər analoqu olmayan inkişafa rəsmi olaraq son qoydu.Həmən səfər zamanı dövlət başçısı Ağsu sakinləriylə görüşdü.Mən əminəm ki,az bir hissəsi ilə görüşdü.Zərrə qədər də şübhəm yoxdur ki,onunla görüşmək istəyən insanların sayı minlərlə olub.Bu qədər insan öz dərdini,şikayətini ona bildirmək istəyiblər.Amma,bir neçə yüz insan yalnız onunla görüşdü.Təbii ki,filtrdən keçirilmiş,seçilmiş insanlar idi.Onların arasında müxalifətçi,onu tənqid edən insanlar yox idi.Əksəriyyəti ya Yap-ın üzvləri ,ya da rayonun rəhbər vəzifəsində çalışan heyətin qohumları idi.Bugünə qədər olduğu kimi Ağsu səfərində də müxalifyönlü,tənqidçi insanları qabağcadan dövlət başçısı gəlməmişdən əngəllədilər ki,onunla görüşməsinlər.Onlar sadə Ağsu camaatı idi.Amma yenə də nə qədər insan əllərində şikayət məktubu son ümid yerləri kimi dövlət başçısına hücum etdi.O yaxınlaşan insanların görünüşündən acizlik yağırdı,səfalət yağırdı,yoxsulluq yağırdı.Yaşlı xanımların görkəmi hansı vəziyyətdə,hansı şəraitdə hansı gün yaşamasını əyani şəkildə ortaya qoyurdu.Bəs ölkəmiz analoqu olmayan şəkildə inkişaf edirdisə dövlət başçısının ilk səfərində dəfələrlə filtrdən keçmiş,seçmə insanlar nəyə görə yalnız hamı ona şikayətini,şikayət dolu məktublarını ona verməyə çalışırdı?Məgər bu ölkədə məhkəmə yox mudur?prokurorluq,dövlət orqanları yox mudur?Ağsuda İcra hakimiyyəti də var,polis orqanları da var,icra strukturları da var.Nədən bəs bu insanların problemləri,dərdləri qalaq-qalaq yığılıb?Niyə görə insanlar əllərinə düşən ilk fürsətdə az qala dövlət başçısına hücum edib yardım dilənirdi?Niyə ölkə bu vəziyyətə gəldi?Hanı o analoqu olmayan inkişaf?Hanı bəs biz regionun lider dövlətiydik?Bütün regionun paxıllığdan ürəyi partdıyırdı bizim analoqu olmayan inkişafa görə..Hanı Aztv-nin yaratdığı bizə paxıllıq edən Almaniya?Amma biz Aztv-nin dırnaqarası yaratdığı inkişaf mənzərəsini niyə görmürük?Ağsuda biz səfaləti gördük,yoxsulluq içində yaşayan insanları gördük.Ondan qabağ Şamaxıya səfəri zamanı Şamaxı zəlzələsindən əziyyət çəkən insanları gördük,səfaləti,çarəsizliyi gördük.Əgər ölkəmizdə analoqu olmayan inkişaf vardısa biz niyə başqa mənzərəylə rastlaşdıq?

Zərifə Məmmədova

Short URL: http://www.cumhuriyyet.net/?p=135630

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728