Faydasız oyunlara dəyər mi bu qədər xərc?

05.09.2019 - 07:39

Azərbaycanda hər il mənasız formula 1 yarışları keçirilir.O qədər mənasız yarışlardır ki,mən idmanın əleyhinə deyiləm.İstəyirəm mənim də ölkəmdə idman inkişaf etsin.Amma,gerçəkdən Azərbaycan idmanı inkişaf etsin.Azərbaycan gəncləri idmanla məşğul olsunlar,sağlam həyat sürsünlər.Lakin Azərbaycan hakimiyyəti futbol meydançalarını,məktəb meydançalarını tikinti şirkətlərinə satır.Sonra da Formula 1 yarışlarını Azərbaycana dəvət edir,güya idmanın hamiçisidir.Bu günə qədər Formula 1 yarışlarında bir nəfər də olsa azərbaycanlı idmançısının iştirak edib qazandığını görmüsünüz mü?Bu tədbir Bakının mərkəzində baş verir.Bu bir görməmişlikdir.Ölkınin paytaxtının mərkəzini Auto Rally yarışmasına görə iflic edirlər.İnsanlara aylarla zülm verirlər.Bununla da özlərini dünyaya idman hamisi kimi təqdim edirlər.Auto Rally zamanı nələr yaşanmır.Yolar iflic olur,maşınların hərəkətində problem yaranır,saatlarla tıxacda qalır.Yüz minlərlə Bakı sakini əziyyət çəkir.Küçə boyu qəfəslər salınır,dəmir setkalar, balaca eni bir metrdən az olan dəmir qurğunun içiylə məcburən bu vətəndaşlar hərəkət etməli olurlar.Yaşlısı var,uşağı olan var,gecə vaxtı qaranlığda başı o dəmir setkalı qəfəsə dəyib əziləni var.Sanki zooparkdaymış kimi bir hiss yaranır.İnsanlara mənəvi məhrumiyyətlər yaşadırlar.Halbuki Yasamal ərazisində mitinqə icazə vermədikdə bunu iki yüz nəfərin istirahətinin pozulmasıyla əlaqələndirirlər.Azərbaycanın Bakı bulvarından önəmli istirahət zonası yoxdur. Hamı orda gəzişir,istirahət edir.Bakıda dörd milyon əhali yaşayır.Formula 1 yarışlarına görə bu qədər əhali bulvardan məhrum olur.Bu insanların ləyaqətini alçaltmaqdan başqa heç nə deyil.İnsanları iki yerə ayırırlar.Bileti olanları buraxırlar bulvara,olmayanlara isə deyirlər ki,siz Allahın bəxş etdiyi butəbii sərvətdən məhrum olun və onları buraxmırlar içəri.Bugünə qədər bu yarışa Azərbaycan büdcəsindən bir milyon manat ayırılıb.Nəyə görə insanların boğazından kəsib,Azərbaycan xalqına faydası olmayan bir yarışa bu qədər xərc tökülür?O ölkədə ki,əmək haqqı azdır,pensiyalar biabırçı dərəcədə azdır.O ölkədə ki,şəhid ailələri nin evləri yox.O ölkədə ki,işsizlik baş alıb gedir.Ona görə də Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ləğv olunmalıdır.

Zərifə Məmmədova

Short URL: http://www.cumhuriyyet.net/?p=135632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728