Azərbaycan – Uels matçı üçün biletlərin qiymətləri müəyyənləşib
Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
“Report”un məlumatına görə, satış üçün 11 məkan müəyyənləşdirilib. Qiymətlər adi sektorlara 2 – 4 manat, VİP sektorlar üçün 20 manat müəyyənləşdirilib.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=135712