Şənbə və bazar hava necə olacaq?

01.11.2019 - 17:30

Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 3-də gündüz hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930