Azərbaycanlı oliqarx məmurların avşor şirkətləri

17.05.2018 - 12:59

Azərbaycanın hakim elitası Çexiya Respublikasını özünün istirahət zonasına çevirib desəm yanılmaram.Onlar ora tarixi abidələrlə bol olan ölkəyə baxmağa yox,həm də biznes qurmağa gedirlər.Azərbaycanın zəngin rəsmiləri Çexiyada torpaq alır,otellər və villalar tikdirir.Bu Çexiya sevgisinin mərkəzi Karlovy Vary şəhəridir.Məmurlarımız üçün bu şəhər təkcə biznes qurmaq yox,həm də çirkli pulları gizlətmək üçün mükəmməl şəhərdir.Azərbaycan hökümətinin yarısı demək olar ki.orada qalır.Bu investorlardan ikisi millət vəkili Cavanşir Paşazadə və onun qardaşı Allahşükür Paşazadədir.Mülkiyyət hüququ reysterinə görə qardaşlar Karlovy Vary şəhərində yerləşən Aynur KV şirkətinin sahibidirlər.Bu şirkət avtomobillərin lizinqi,daşınmaz əmlak alqı-satqısı ilə məşhurdur.Aylıq gəlirləri bir milyon kron təxminən yüz min manatdır.Şeyx iki yüz-iki yüz əlli metr uzunluğu olan yaşayış kompleksinin də sahibidir.Yaşayış kompleksində yüzədək mənzil var.Şeyxin bu şirkətdə şəriki Marketa Sakova adlı çex qadınıdır.İxtisasca həkim olan bu qadın heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin şəriki olub.Bu xanımın valideynləri isə üç şirkətə sahiblik edirlər.Şeyxin bu şəhərdə tək mülkü bu yaşayış kompleksi deyil,qardaşıyla bərabər şərikli bir neçə otelin sahibi olduğu bilinir.Şeyx and-aman edirdi ki,mənim Çexiyada heç bir mülküm yoxdur.Sadəcə o ölkədə bahalı müalicə alıram.Sonradan Çexiya Ədliyyə Nazirliyinin saytında yazılmışdı ki, həqiqətən də Allahşükür Paşazadənin orada heç bir mülkü yox imiş.Çünki hər şeyini keçirib Almaniyaya hicrət etmiş oğlu Məhəmmədin adına. Sosial şəbəkə gündəminə sürətlə yerləşən xəbərlərdən birində məlum oldu ki,telejurnalist Mirşahin Ağayev çıxışında bildirdi ki,həmən bu şeyxə aid olan təyyarədə Abel Məhərrəmov və bir millət vəkili həqiqətən də spirtli içki içirmiş.Bu da Azərbaycan xalqının şeyxi.
Zərifə Məmmədova

Short URL: http://www.cumhuriyyet.net/?p=135730

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728