Pensiyanın gülünc formada qalxması

12.03.2018 - 17:22

Pensiyaları güya artırdılar.Cəmi üç manat altmış qəpik pensiyalar artdı.Minimum əmək haqqını artırdılar.Yüz otuz manatdan yüz səksən manata qaldırdılar.Xalqı ələ salırmışcasına hətta deputatlardan biri deyir ki,yüz səksən manat çoxdur,bu pulla əla dolanmaq olar.Bunu deyən deputatların övladlarının ciblərinə həmən pulu qoysan evdən çölə çıxmazlar.Deyərlər ki, yüz səksən manat o qədər azdır ki,sanki biz pulsuz kimiyik.Övladları bir günlük belə o pulu ciblərinə qoyub çıxmaq istəmirlər,lakin o deputatlar xalqa deyirlər ki,siz bu məbləğlə bir ay dolanmalısız,hətta bunnan şikayətlənməməlisiz,naşükrlük etməməlisiz.Çox gülünc məbləğdir bu.Bir ölkədəki günbəgün ərzaqların qiyməti istisnasız qalxır,yüz səksən manatla necə dolanmaq mümkündür?Xalq o qədər bezardır ki,o üç manat altmış qəpiyin qalxmasını belə istəmir,çünki,bilir ki,bunun əvəzində bütün məhsullarda,ərzaqlarda qiymət artımı iyirmi-otuz faiz artım olacaqdır.Azərbaycan xalqı bugün fizioloji baxımdan məhvolma təhlükəsi qarşısındadır.Statistikaya görə Azərbaycanda yaşayan əhalinin yalnız alti faizi altmış beş yaş həddinə gəlib çata bilir və bu o ölkədə baş verir ki,o ölkədə pensiyaçıların pensiya müddətini hökümət altmış beş yaşa çatdırıb.İnsanlar belə çıxır ki,çalışırlar ömürboyu zəhmət çəkib işləyirlər,sosial ödənişlər edirlər,bu insanların cəmi yalnız altı faizi bu pensiyadan yararlanır.Belə çıxır ki,digər qalan pul dövlət büdcəsinə keçir və həmən büdcədən investisiya xərcləri adıyla oliqarxlar tərəfindən mənimsənilir,talan olunur.Bugün Avropada orta ömür qadınlarda doxsan yaş,kişilərdə biraz az səksən yeddi yaşdırsa,Yaponiyada az qala yüz yaşa çatırsa və dünya bu istiqamətdə gedirsə,bu bir faciədir ki,Azərbaycanda bu yaş heçolmasa əvvəllər yetmiş beş yaş idisə,indi bu rəqəm altmış beşə düşüb.Bu dəhşətli bir statistikadır.Azərbaycan insanı problemlərin,məhrumiyyətlətin içindədir.İnsanın ömrü nə vaxt qısalır?Bunun üçün obyektiv şərtlər var.İnsanın ömrünü qısaldan ən birinci faktorlardan biri stressdir. Azərbaycan xalqı hər gün stressin içindədir,hər gün haqqsızlıqla üzləşir.Məhkəməyə gedir ədalətsizlik.Prokrorluğa müraciət edir haqqsızlıq.Bu qədər haqqsızlıqların içində insan necə xəstəliyə düçar olmaya bilər?
Zərifə Məmmədova

Short URL: http://www.cumhuriyyet.net/?p=135744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728