Gültəkin Hacıyevanın diqqət çəkən sözləri
Uzun illər Azərbaycanın bölgələrini ayrı-ayrı oliqarxların idarəçiliyinə verirdilər.Bu oliqarxlar Azərbaycan bölgələrini sümürürdülər,məhv edirdilər,çapırdılar,talayırdılar.Vətəndaşlarla insan kimi yox,rəiyyət kimi davranırdılar.İnsanların əmlakını mənimsəyirdilər,onların bağlarının məhsulunu bazara çıxarıb satmağa imkan vermirdilər,olmazın müsibətlər yaşadırdılar.Goranboy rayonunun kuratoru Ziya Məmmədov idi.O Ziya Məmmədov ki,Azərbaycan sərvətinin dörd milyad dollarını talamışdı.Bunu hakimiyyət saytları,hakimiyyət mənbələri özləri demişdilər.Nədənsə o insan bugünə qədər heç bir cinayət məsuliyyətinə cəlb olunmadı.Goranboy rayonunun səlahiyyəti verildikdən az sonra Ziya Məmmədov öz yaxın adamını bu rayona təyin etdi.İcra hakimiyyət başçısından da üstün bir səlahiyyətə sahib iş icraçısı vəzifəsinə təyin etdi.Onun binalarını tikib satan bu şəxs Bakıda da bi evi bir neçə adama satmağla,fırıldağçılığla məşhur idi.Goranboy rayonuna millət vəkili kimi təyin olunmuş Gültəkin Hacıyevaya həmən bu şəxs bildirdi ki,bu rayonu Ziya Məmmədova,bizə veriblər.Siz millət vəkili də olsaz,biz lap bu rayon camaatının üzərindən tankla,BTR-lə də keçsək sizin müdaxilə etmək haqqınız yoxdur.Millət vəkili kimi keçin durun qırağda.İnsanlarla necərəftar etmək lazımdı biz özümüz bilirik.Qara camaat həmişə qara gündə olub,qara da yaşayacaq.Bu sözlərin müqabilində millət vəkili tez Dövlət aparatına müraciət edərək iş icraçısı kimi tanınan faktiki olaraq Goranboy rayonunu idarə edən şəxsin sözlərini xəbər etdi.Cavab olaraq həmən müvafiq şöbənin müdiri bildirdr ki,siz düz danışmırsız,həqiqəti demirsiz .Bütün dünya bizim analoqu olmayan idarəetməmizə paxıllıq edir.Bütün dünya bizdən idarəetməni öyrənir.Belə çıxır ki,oliqarx məmur sayılan Ziya Məmmədovun bütün dərəbəylikləri dövlət administirasiyası tərəfindən də normal qarşılanır və buna qarşı çıxanlar da sakitcə qırağda durmalıdırlar.Azərbaycanın faciələrinin kökü analoqu olmayan inkişaf nağılının uydurulmasından və kimlərinsə o nağıla uydurulmasından başlamışdır.Dövlət başçısı əvvəl Şamaxıya,sonra Ağsuya səfərində anladı ki, ölkə hansı humanitar fəlakət astanasındadır.Azərbaycan bölgələri nə vəziyyətdədir.Azərbaycanda vətəndaşı ilə qul kimi davranmayan,davranılmayan rayon yoxdur.Ölkə rayonlarının icra başçılarının əksəriyyəti savadsız,ən idarəetmə baxımından qeyri-peşəkar,insanlıq baxımından kasad adamlarıdır.Bu insanları yalnız ora həmən camaatın başından tankla keçməyə təyin ediblər.
Zərifə Məmmədova
Short URL: http://www.cumhuriyyet.net/?p=135748