Analoqu olmayan inkişaf

29.03.2019 - 13:01

Ölkənin ümumi daxili məhsulu bir ildə otuz-qırx faiz azalsa da,yüz minlərlə iş yeri bağlansa da,Azərbaycanın dövlət başçısı çıxır ancaq inkişafdan danışır.Ya altı ayın,ya bir ilin bütövlıükdə nəticəsi olsun Nazirlər Kabineti ancaq bu məqsədlə toplanır.Mən bir dəfə görmədim ki,Nazirlər Kabineti dövlət başçısının yanında toplansın və ölkənin real problemlərini müzakirə eləsin.Real olaraq ölkədə hər il yeddi yüz-səkkiz yüz insan intihar edir və bir dəfə də olsun bu hadisə Nazirlər kabinetinin iclasında müzakirə olunmur,ordudaki əsgər ölümləri müzakirə mövzusu deyil.Ölkədəki ağır sosial problemlər,milyonlarla insanın ölkəni tərk etməsi müzakirə mövzusu deyil.Regionların faktiki batması və boşalması müzakirə mövzusu deyil.Təhsilin,səhiyyənin problemləri müzakirə mövzusu deyilYalnız üç ayda bir dəfə nazirləri toplayır başına dövlət başçısı və əslində səfalət içində yaşayan,işsiz,bank kreditlərinin ağırlığları altında inildəyən insanların boynuna qoyur ki,siz əla yaşayırsız.Necə bunu inandırmaq olar axı?Sentyabrın on beşi valideynlər öz övladlarını məktəbə göndərə bilmirdilər,onlara forma,çanta,kitab ala bilmirdilər.Onlar öz övladlarını normal qidalandıra bilmirlər.İldən-ilə artan təhsil xərcini ödəyə bilmirlər.Orduda xidmət edən övladlarının dalıyca gedib onlara ciblərinə pul,dərman pulu verə bilmək imkanında deyillər.İki min on səkkizci ilin birinci doqquz ayı cəsarətlə deyə bilərəm ki,iqtisadi-siyasi baxımdan qiymətlərin,cərimələrin, vergilərin artırılması ilə xarakterizə olunub.
Zərifə Məmmədova

Short URL: http://www.cumhuriyyet.net/?p=135750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728