Ramil Şeydayev Rusiyada ən uğursuz transferlər siyahısına daxil edilib

05.11.2019 - 11:00

Rusiya Premyer Liqasında yayın ən uğursuz transferləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ən pis 10 transferdən biri olub.

Buna səbəb hücumçunun Moskva “Dinamo”sundakı durumudur. Paytaxt təmsilçisinin heyətinə düşməyə çətinlik çəkən legioner ümidləri doğrulda bilməyib.

Rusiyanın “soccer.ru” saytı onun keçidini belə dəyərləndirib: “Şeydayev Samaradan “Dinamo”ya azad agent kimi gəlib. O, təkcə bir illik müqavilə və normal maaş deyil, həm də müəyyən əlavə qazanc əldə edib. Roman Oreşuk (“Dinamo”nin idman direktoru – red) mərkəzə dərhal hücumçu tapa bilmədiyindən Ramil oynamaq imkanı da qazandı. “Zenit”in hündürboy, cüssəli yetirməsi ampluasını da dəyişməli olmayıb. Amma pis işlədi, heç qol da vurmadı. Belə transferlər vacib gələndə pis sayılırlar. “Dinamo”nun böhranı Şeydayev fiquru ilə də bağlıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135850

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728