19 oktyabr aksiyası xalqın mübarizə əzmini və özgüvənini artır
Demokratik Qüvvələrin Milli Şurası 19 yanvardan sonra ilk dəfə aksiya keçirdi, amma bu dəfə mitinqini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadı. Razılaşdırılmamış aksiyaya görə polis qüvvələri Bakının mərkəzində bir neçə saat yolları bağladı, metronun fəaliyyətinin dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı. Əsas məqsəd cəmiyyəti oyandırmaq idi, konkret nəticə əldə olunmasa da, camaata təkan vermək idi. Bu mitinqə “sosial sifariş, sosial təzyiq vardı.
Bu ilin yanvarından siyasi hakimiyyətin sərbəst toplaşmaq azadlığını tam qadağan etmişdi, ötən müddətdə aksiya keçirmək üçün 8 dəfə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunsa da razılıq verilməmişdi. Milli Şuraya sosial sifarişi əsas götürərək, Konstitusiyaya istinad edərək mitinq keçirdiklərini bəyan etdi. Daha bir məqsəd “xalqın mübarizə əzmini göstərmək, hökumətin xalqla hesablaşmasına müəyyən mənada nail olmaq idi. 19 oktyabr aksiyası cəmiyyətdə çox böyük etiraz potensialının olduğunu sərgiləyib. Son aksiya xalqın mübarizə əzmini və özgüvənini artırıb. Əsas məqsəd cəmiyyəti oyandırmaq idi, konkret nəticə əldə olunmasa da, camaata təkan vermək idi, yəni susmaq lazım deyil. Narazılıq çoxdur. Ona görə də çəkinmədən narazılıqları bildirmək lazımdır. Bu qədər çox adamın küçələrə çıxacağı gözlənmirdi. Xüsusən də siyasi tələbi olmayanlar, qadınlar. Yəni mən indiyədək aksiyada o qədər qadın görməmişdim. Özü də cavan deyildilər. Kifayət qədər kəskin şəkildə narazılıqlarını bildirirdilər. İnsanları heç bir təbliğatla, pulla, çağırışla buna məcbur etmək olmaz. Bu o deməkdir ki, camaatın çox böyük problemləri var və hakimiyyət də bunları həll etmək istəmir.
Aksiya günü çox sayda polis qüvvələrinin küçəyə çıxarılmasını, metrostansiyaların bağlanılmasını, günlərdir anti-müxalifət təbliğatının aparılmasını müxalifətin sosial dəstəyinin olmasının göstəricisi idi. Cəza, həbs təhlükəsi olmazsa, on minlərlə, bəlkə də yüz minlərlə insanın küçələrə çıxaraq İlham Əliyev hakimiyyətinə qarşı etiraz sərgiləyər. Hətta icazəsiz aksiyaya bu qədər insanın çıxması, həbs və cəza təhlükəsinə baxmayaraq, ortaya iradə qoyulması özü də sosial dəstəyin mövcudluğunun nümayişidir. Azərbaycanın avtoritar idarəçiliyinin möhkəmlənməsinə mane olan, onu zəiflədən, sarsıdan faktordur. Digərlərinə isə nüminədir. Yəni meydana çıxmayanlar, ehtiyat edənlər üçün nümunədir. Həmin aksiyanın birinci faydası budur. Müxalif düşərgənin qazancı odur ki, ortaya siyasi iradə qoyaraq aksiya keçirmək imkanı olduğunu sübut etdi. Hətta icazəli aksiyalarda arzuolunan sayda, məsələn, on minlərin iştirakının mümkünsüz olduğu dönəmdə – 19 yanvar aksiyası xaric – icazəsiz aksiya çağırışına xeyli adamın çıxması müxalif qüvvənin balansına yazılan ciddi bir plyusdur. Və nəhayət bu aksiya onların hakimiyyətə alternativ qüvvə kimi meydana çıxmasına səbəb oldu.
Pənah Məmmədov
Short URL: http://www.cumhuriyyet.net/?p=136035