İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb.
Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib.
DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu tapmaq müşkülə çevrilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib..
“Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.
Allah rəhmət eləsin…
Short URL: http://www.cumhuriyyet.net/?p=136050