Ədliyyə Nazirliyi yeni xidmət yaradır

07.11.2019 - 17:00

edliyye“Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.

APA-nın məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.

T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi barədə xidmət yaradılır: “Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edilə biləcək. Digər tərəfdən, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemini vətəndaşlar üçün tam istifadəyə verə biləcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136088

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930