MSK 15 ölkəyə dəvət göndərib

12.11.2019 - 11:40

b93be7d3-3263-454d-82c8-f2c17eda0fce“Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı üçün bir neçə ölkəyə dəvət göndərib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: “Amma Mərkəzi Seçki Komissiyası Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik. Çünki adətən bələdiyyə seçkilərinə müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-sına da dəvətlər göndərmişik. Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728