Yeni icra başçıları kollektivə təqdim olunub

13.11.2019 - 11:13

63cc56ea-e3bf-4751-8be2-aa63e0ac1351Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib.

Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı və Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728