Birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib

14.11.2019 - 10:20

65c6eae1-4cc7-4bc5-ae31-bc03e52b4aa2Azərbaycanda inyeksiya üçün birdəfəlik steril şprislərlə bağlı standart təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Standartlaşdırma İnstitutu qərar qəbul edib.

Məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etməkdir.

Bunun üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanan AZS 877: 2019 (ISO 7886-1: 2017) “Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartı təsdiq edilib.

Yeni standartlar noyabrın 1-dən qüvvəyə minib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728