Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə cavab verib

14.11.2019 - 15:17

mikayil cabbarovİqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı deputatların təklifinə münasibət bildirib. 

“Report” xəbər verir ki, nazir ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, ali məktəb dərslikləri ilə bağlı vahid sifarişçinin olmadığını deyib.

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı, elmi ədəbiyyat da ola bilər. Bu da ali məktəblər üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”,- M.Cabbarov əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728