Azərbaycanda “Peugeot” avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq

18.11.2019 - 18:06

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı (“Azərmaş” ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesi ona uyğun qurulsun.

Bunu “APA-Economics”ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq 3 minə yaxın “Peugeot” avtomobili yığılıb.

“Bu proses genişlənir və mütəmadi olaraq model növləri yenilənəcək. Paralel olaraq, avtomobil ixracı ilə bağlı xarici bazarlar da araşdırılır. Onların sırasında Rusiya, Ukrayna və Gürcüstan bazarlarını qeyd etmək olar”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, hazırda “Azərmaş” zavodunda “Peugeot Khazar” modeli istehsal edilir. Gələcəkdə isə müəssisə tərəfindən “Peugeot-301”, “Peugeot-206” və “Peugeot-207” modellərinin də istehsalı nəzərdə tutulub. Ümumilikdə, şirkət tərəfindən gələcəkdə “Peugeot”nun 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə “Iran Khodro Industrial Group” şirkəti ilə müştərək olaraq icra olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=136725

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728