Azərbaycanda ödəniş kartları ilə bağlı YENİ XƏBƏR

19.11.2019 - 17:50

Azərbaycanda ödəniş kartlarına dair yeni öhdəlik müəyyənləşib.

APA -nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, ödəniş kartının üzərində müraciətləri hər gün 24 saat ərzində fasiləsiz qəbul edən emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonları olmalıdır. İndiyə qədər ödəniş kartının üzərində sadəcə, emitentin və ya xidmət olunduğu kart təşkilatının əlaqə telefonlarının olması tələbi olub.

Emitent kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=136795

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728