Türkiyədə “Xocalı üçün paylaş” kampaniyası aparılır

23.02.2019 - 13:24

İzmirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.
Xocalı soyqırımı ilə bağlı sənədli filmin nümayişi ilə başlayan tədbirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin rəhbəri Asif Qurban, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri Professor Metin Ekici Xocalı Soyqırımı ilə bağlı çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyindən danışıblar.
Tədbirdən sonra İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarovanın Xocalı, Qarabağ mövzusuna həsr olunan əsərlərindən ibarət sərgisi təşkil olunub.
Eyni gündə Eskişehirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dövlət və ictimai xadimlər, QHT və KİV təmsilçiləri, müəllim və tələbələrin iştirakı ilə Xocalı soyqırımı mövzusunda tədbir keçirilib.
Eyni zamanda İstanbulda “Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası həyata keçirilir. İstanbul Universitetində baş tutan kampaniya dörd dildə (ingilis, türk, rus və fransız) əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılır.
Bu saata olan statistikaya görə, “Twitter” sosial şəbəsində “#Khojaly” haştaqı ilə 5 mindən çox paylaşım edilib. Paylaşımlar müxtəlif dillərdə məlumatların çatdırılması, Xocalı soyqırımı haqqından şəkil və videoların paylaşılması məqsədi daşıyır. Dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar, xüsusilə türk qardaşlarımız soyqırımı haqqında məlumatları yayımlayırlar. Bunun nəticəsində təkcə “Twitter”də #HocalıKatliamı haştaqı ilə paylaşımların sayı 50 minə çatıb.
Azərbaycanın tanınmış siyasətçiləri, ziyalılar, jurnalistlər və tələbələr də Xocalı soyqırımının dünyaya tanıdılması üçün sosial şəbəkə üzərindən başlanan kampaniyaya qoşulublar.
Pənah Məmmədov

Short URL: http://www.cumhuriyyet.net/?p=136806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728