Aksiyalarda iştirak edən ADP-çi gənclər təqib olunur
Müxalifətın 19 oktyabr mitinqinin iştirakçıları son günlər kütləvi şəkildə polis bölmələrinə çağırılır. Bunlar əsasən Milli Şuranın üzvləri, Azərbaycan Xalq Cəbhəsi, ADP və Müsavat partiyalarının onlarla tərəfdarıdır. Müxalifət mitinqdə iştiraka görə vətəndaşlara təqiblərə dərhal son qoyulmasını və toplaşma azadlığının reallaşması ilə bağlı həbs olunanların azadlığa buraxılmasını tələb edib. Mitinqdən sonra ölkənin müxtəlif regionlarında yerli hakimiyyət və polis nümayəndələri partiya fəallarına telefon edərək onların polisə gəlməsini tələb edir, onları mənəzi təzyiqlərə məruz qoyur.
2019-cu il oktyabr ayinin 19-da Bakıda keçirilən etiraz aksiyasından sonra ADP gənclərə qarşı hakimiyyət orqanları tərəfindən başlanan təzyiqlər səngimir, bu barədə məlumat verən ADP gənclər təşkilatının sədri Məmmədov Rüfətin sözlərinə görə, polis dəfələrlə aksiyada iştirak etmiş partiya fəallarının evlərinə gələrək onların ailə üzvlərinə təzyiq edib. Həmin vaxt gənclərin bir çoxu evdə olmadığından onlarla da telefonla elaqə saxlayaraq polis idarəsinə dəvət ediblər. Məmmədov Rüfət deyir ki, bu cür təqib və tazyiqlər üzündən partiyanın Nərimanov rayonu üzrə gənclər təşkilatinin sədri olan Həsənov Tərlan xeyli vaxtdır evində qalmır. Bu yaxınlarda onun yaşadığı mənzilə naməlum şəxslər zəng edərək Tərlana harada olması ilə maraqlanıblar.Bu haqqda məlumat ala bilmədikdə isə onun valideynlərini təhqir edərək hədələyiblər. Görünür hakimiyyət orqanları son aksiyalarda gənclərin aktiv iştirakından ciddi narahat olub. Mitinqlərə cağıralanlara qarşı fantastik məbləğdə cərimələri nəticə vermədiyini görən hakimiyyət indi də gəncləri bu aksiyalardan yayındırmaq üçün özünün köhnə represiz metodlarına qayıtmaq qərarı verib. ADP –çi gənlərin və digər müxalifətçilərin təqib olunmasinda əsas məqsəd təbii ki onları mübarizədən çəkindirmək və kütləni itaətdə saxlamaqdır – deyə
Short URL: http://www.cumhuriyyet.net/?p=136811